USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüblər.

ASAN Radio xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirilib.

UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib.

İrina Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirib. Qeyd edib ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur. Xanım İrina Bokova deyib: “UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir”.

Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!