USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AŞ baş katibinin müavini: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək istəyirik” - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoninin görüşü olub.

ASAN Radio xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan Qabriella Battaini Draqoni bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verməklə ölkəmizin bu sahədə rolunu daha da gücləndirir. Bu cür mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirən Qabriella Battaini Draqoni qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək dəyərin göstəricisidir. “Bakı prosesi” artıq dünyada böyük nüfuz qazanıb”, - deyən Avropa Şurasının rəsmisi təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələri daha da möhkəmləndirmək istədiklərini deyib. Qabriella Battaini Draqoni vurğulayıb ki, Azərbaycan Avropa Şurasının çox mühüm üzvlərindən biridir və Azərbaycan ilə əməkdaşlıq çox faydalıdır.

Avropa Şurası ilə əməkdaşlığın ölkəmiz üçün də faydalı olduğunu deyən prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan bu əlaqələrə böyük əhəmiyyət verir: “Müəyyən məsələlərdə biz də bu əməkdaşlıqdan faydalanırıq və ona görə bu əlaqələrin inkişafına əhəmiyyət veririk. Biz Avropa Şurası ilə konstruktiv əməkdaşlığı davam etdirmək istəyirik”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan demokratik, dünyəvi, müasir dövlət qurur və bununla bağlı bütün tədbirləri həyata keçirir. “Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin edilib”.

Dövlət başçısı deyib ki, Azərbaycan təkcə Avropa Şurası ilə deyil, eyni zamanda, Avropa İttifaqı, NATO ilə, həmçinin digər Avropa və beynəlxalq strukturlarla da əməkdaşlıq edir.

Söhbət zamanı qarşılıqlı etimadın təmin olunması ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi bildirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!