23/10/2017 04:25

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Mədəniyyət

Müasir İncəsənət Muzeyində Vüqar Muradovun "Bənzəmə" adlı fərdi sərgisinin açılışı olub - Fotolar


06.05.2017   10:44

Bakıda Azərbaycan xalçasına həsr edilmiş sərgi açılıb


ASAN Radio xəbər verir ki, mayın 5-də Müasir İncəsənət Muzeyində Vüqar Muradovun "Bənzəmə" adlı fərdi sərgisinin açılışı olub.

Xalq Rəssamı Arif Hüseynov sərgini açaraq vurğulayıb ki, V.Muradov istedadlı Azərbaycan rəssamlarından biridir, onun əsərləri özünəməxsusluğu ilə seçilir. Bu sərginin fərqləndirici cəhəti onun Azərbaycan xalçası mövzusunda olmasıdır. Rəssamın 16 əsərinin hər biri özündə Azərbaycan xalçaçılıq sənətinin hansısa nümunəsini əks etdirir. A.Hüseynov sərginin müvəffəqiyyət qazanacağına əmin olduğunu bildirib.

Sərgi mayın 21-dək davam edəcək.

Xatırladaq ki, V.Muradov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının, Karikaturaçılar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının (The International Federation of Artists UNESCO) üzvüdür. O, bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Rəssamın əsərləri ABŞ, Türkiyə, İtaliya, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və bir sıra digər ölkələrdə nümayiş etdirilib və şəxsi kolleksiyalarda saxlanılır.




Xəbər lenti

21 Oktyabr
20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook