USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvlərinin iclası keçirilib

Azərbaycan və UNESCO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

ASAN Radio xəbər verir ki, iclasda fəxri qonaq statusunda UNESCO-nun baş direktoru İrina Bokova iştirak edib.

Xarici işlər naziri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası açaraq 25 il ərzində Azərbaycanın UNESCO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan–UNESCO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin UNESCO-nun ümumdünya irs siyahısına, səkkiz nominasiyasının təşkilatın qeyri-maddi irs siyahısına, bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barədə məlumat verib.

Elmar Məmmədyarov Azərbaycanın UNESCO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə UNESCO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın UNESCO-nun donorlarından biri olduğunu qeyd edərək, 2013-cü ildə Azərbaycan və UNESCO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin UNESCO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.

Nazir UNESCO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

UNESCO-nun baş direktoru İrina Bokova UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərini salamlayıb və 25 il ərzində Azərbaycan-UNESCO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycan və UNESCO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi rolunu qeyd etdi. Baş direktor ölkəmizin UNESCO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

İrina Bokova Bakıda keçirilən və UNESCO-nun da tərəfdaşı olduğu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, Forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.

Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!