18/12/2017 18:27

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


Dövlət xidmətləri

Səyyar ASAN xidmət Nardaran qəsəbəsində


08.05.2017   15:24


Səyyar ASAN xidmət 8 – 17 may tarixində Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, səyyar avtobuslar 17 aprel – 16 may Siyəzən şəhərində, 26 aprel – 15 may Beyləqan şəhərində, 1 – 30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, 3 – 22 may Abşeron rayonunun Məhəmmədi kəndində, səyyar ASAN qatar isə 3 – 17 may Ağdaş rayonunun Ləki qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov ASAN Radioya bildirib ki, bununla yanaşı, səyyar ASAN xidmət tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.




Xəbər lenti

18 Dekabr











ASAN Radio telefonunuzda
Facebook