USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bəzi yerlərdə dolu düşüb, çaylarda sululuq artıb - FAKTİKİ HAVA

Mayın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb.

Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib. Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.

Yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-da 1-7, Mərkəzi-Aran rayonlarında 1-5, Kiçik Qafqazda 9-11, Qazax-Gəncə zonasında 1-9 mm olub. Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!