USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC istehsalçılara avans verməyə başlayıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində İdarə Heyətinin sədr müavini Elşən Əsədovla Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Toşihiro Kataqiri arasında işgüzar görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması perspektivlərinin müzakirəsi olub.

E.Əsədov qonağa Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib. Bildirib ki, dövlət başçısı tərəfindən Səhmdar Cəmiyyətin yaradılması ölkədə aparılan aqrar islahatlara dəstək xarakteri daşıyır. Qurum fəaliyyətə başladığı beş ay ərzində ölkə üzrə tədarük-təchizat sistemini quraraq başa çatdırıb və istehsalçılara avans verməyə başlayıb. Qurum bu sahədə yapon təcrübəsinin öyrənilməsində, fermer təsərrüfatlarında elmi-texniki yeniliklərin tətbiq olunmasında maraqlıdır və bu sahədə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıq etmək niyyətindədir.

Attaşe Toşihiro Kataqiri ölkəsində tədarük-təchizat sistemi sahəsində oxşar dövlət qurumunun mövcudluğundan söz açaraq bu sahədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Diplomat bildirib ki, təcrübə mübadiləsi sahəsində başlayacaq əməkdaşlıq gələcəkdə iqtisadi münasibətlərin genişlənməsinə səbəb ola bilər:”Yapon şirkətləri Azərbaycanın enerji sektorunda aktiv olsada qeyri-neft sektorunda azlıq təşkil edir. Çalışmalıyıq ki, bu şirkətlər kənd təsərrüfatına maraq göstərsinlər. Diqqətinizə çatdırmaq istərdim ki, Yaponiyada Azərbaycanın bir sıra məhsullarına-nar, xurma, feyxua,gilas, əncir, ərik və digər məhsullarına böyük maraq var. Markalanma, qablaşdırma kimi tələblər yerinə yetirilərsə Azərbaycan məhsulları asanlıqla uzaq Yaponiya bazarlarına yol tapa bilər. Bu sahədə bir sıra məşhur yapon şirkətləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıq edə bilər. Təsərrüfatlarda müasir texnologiyaların tətbiqi, fermerlərin uçot sisteminin qurulması, məhsulların marketinqi sahəsində uğurlu əməkdaşlıq perspektivləri var”.

Müzakirədə yaxın vaxtlarda yapon şirkətləri ilə işgüzar görüşün keçirilməsi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələrinin təcrübə mübadiləsi məqsədi ilə Yaponiyaya səfərlərinin təşkil edilməsi qərara alınıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!