USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN Radio  “ADA”  Universiteti və Avropa İttifaqının nümayəndəliyi ilə birgə “AvropadASAN” verilişini yayımlayacaq - AUDİO

ASAN Radio və “ADA” Universiteti birgə radio layihəyə start verir. Bu barədə razılaşmanı ASAN Radionun direktoru Emin Musavi və Universitetin prorektoru Fariz İsmayılzadə imzalayıblar. İyun ayından etibarən həftədə bir dəfə yayımlanacaq “AvropadASAN” adlı məlumatlandırıcı, maarifləndirici və əyləncəli veriliş ASAN Radionun dinləyicilərinə Azərbaycanın da bir hissəsi olduğu Avropa bölgəsini daha da yaxından tanıdacaq. “AvropadASAN” verilişi eyni zamanda həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyiciləri ətraflı məlumatlandıracaq.

Radio layihə Avropa İttifaqının dəstəyi ilə “ADA” Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən “Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi”nin təşəbbüsüdür. Mərkəzin mütəmadi fəaliyyəti ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədi ilə dövlət qulluqçuları, tələbələr, məktəb şagirdləri də daxil olmaqla ictimai qruplar üçün təhsil və təlim kurslarını keçirməkdən ibarətdir. Təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi və iqtisadi biliklər, enerji və ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik kimi mövzuları əhatə edir. 

İmzalanma mərasimində çıxış edən “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, bu günə qədər Universitetin Aİ üzrə Bilik Mərkəzi 1000 nəfərdən çox dövlət qulluqçusuna 50 təlim proqramı keçib, 1500-dən çox məktəbli maraqlı və əyləncəli dərslər vasitəsi ilə Avropa İttifaqı və onun üzv dövlətləri barədə ətraflı məlumat öyrəniblər. “ADA” Universiteti ASAN Radionun geniş dinləyici auditoriyasından istifadə edərək Avropa İttifaqı ilə birgə həyata keçirdiyi bu layihənin əhatə dairəsini daha da genişləndirəcəyindən məmnundur. 

ASAN Radionun direktoru Emin Musavi isə öz novbəsində  qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan və “Faydalı Məlumat Dalğası” devizi altında fəaliyyət göstərən radio stansiya yayımında cəmiyyəti ən çox maraqlandıran mövzuları gündəmə gətirir. Bu baxımdan, o, qısa zamanda bölgənin aparıcı ali təhsil ocağına çevrilən “ADA” Universitetinin intellektual resurslarından istifadə edərək Avropa İttifaqı-Azərbaycan çoxşahəli münasibətləri barədə maarifləndirici proqramın dinləyici auditoriyası qazanacağından əminliyini bildirmişdir. 

Yarım illik radio layihəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi nəticəsində mümkün olmuşdur. Layihə ilə bağlı fikirlərini bölüşən nümayəndəliyin birinci müşaviri Denis Daniyilidis vurğulamışdır ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk veriliş olacaq. ASAN Radio və “ADA” Universiteti ilə birgə əməkdaşlıqda ərsəyə gələcək bu proqramın məqsədi Azərbaycan cəmiyyəti ilə Avropa bölgəsi arasında anlaşma körpülərinin yaradılmasıdır. Proqram Aİ-də baş verən mühüm hadisələrdən tutmuş, təhsil, mədəniyyət və musiqiyə qədər müxtəlif mövzuları əhatə edəcək və Aİ-nin Azərbaycandakı fəaliyyətini işıqlandıracaq.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!