ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Minskdə keçiriləcək illik sessiyasının gündəliyi açıqlanıb.
ASAN Radio qurumun saytına istinadla xəbər verir ki, iyulun 6-da Siyasi məsələlər və Təhlükəsizlik üzrə baş komitənin iclası keçiriləcək.
İclasda İsveçdən olan parlamentar Marqareta Sederfeltin “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inamın və əməkdaşlığın artırılması” adlı hesabatı və qətnamə layihəsi müzakirə olunacaq. Hesabat və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət də qeyd edilərək bildirilir ki, ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən toqquşma və o zamandan bəri təmas xəttindəki gərginlik ciddi narahatlıq mənbəyidir.
“Minsk qrupu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə ATƏT regionda vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində iş aparmaq üçün Parlament Assambleyası da daxil olmaqla, münaqişənin həll mexanizmlərinin tam potensialından istifadə etməlidir. Biz münaqişənin həlli istiqamətində irəliləyişin olmamasına təəssüf edirik. Növbəti hərbi toqquşmalar və təmas xəttində yeni eskalasiya yaşamamaq üçün tərəflər danışıqlar masasına qayıtmalıdır. İştirakçı ölkələr diplomatik danışıqlara və dialoq təşəbbüsünə mane ola biləcək təktərəfli qərar və zorakılıqlardan çəkinməlidir”,- deyə hesabatda bildirilir.
Sessiyada digər komitələrin də iclasları keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!