USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
M.Məcidov: "Gördü ki, bacara bilmir, mübarizəsini vaxtından əvvəl dayandırdı" - Müsahibə

“Rəqibim gənc idi. Gördü ki, mən daha güclüyəm. Gördü ki, bacara bilmir, davam etdirə bilmiyəcək. Ona görə də mübarizəsini vaxtından əvvəl dayandırdı.”

Bunu IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov dörddəbir finalda misirli Uosri Hafizi məğlub etdiyi görüşdən sonra ASAN Radioya müsahibəsində bildirib.

İkiqat dünya çempionumuz əlavə edib: “Amma mən rinqə çıxmışdım ki, döyüşüm, daha çox zərbələr endirim. Rəqib zəif olduğuna görə istədiyim kimi döyüşə bilmədim.”

Boksçu Məhəmmədrəsul Məcidov eyni zamanda yarımfinalda qarşılaşacağı  iordaniyalı rəqibi Hüsseyn İaşaişlə bağlı fikirlərini bildirib. O, rəqibini tanıdığını da əlavə edib:

“İordaniyalı rəqbimi tanıyıram. Olimpiya oyunlarında döyüşlərini izləmişəm. Cəld boksçudur. Yəni döyüşü ilə tanışam. Mən düşünürəm ki, rəqibim mənim zərbələrimdən yayınaraq, mənə zərbə endirməyə çalışacaq”.

Qeyd edək ki,yarımfinal görüşü  mayın 17-də keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!