USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MN Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan tərəfindən vurula biləcəyi barədə KİV-də yayılan xəbərə münasibət bildirib

Azərbaycanın hava məkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Qoşunlarımızın silahlanmasında hava məkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”, - deyə nazirlikdən qeyd ediblər.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!