25/05/2017 10:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7021 1.9029 0.0302 0.4757


Dövlət qurumları

Düşmən Ağdam istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub


17.05.2017   10:07


ASAN Radio Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.




Xəbər lenti

25 May
24 May





ASAN Radio telefonunuzda
Facebook