USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

ASAN Radio xəbər verir ki, Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğulayıb və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini deyib.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd edib ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlət başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd edib.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd edib. Dövlət başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini deyib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirib.

Dövlət başçısı Azərbaycanın ixracat potensialının genişləndiyini vurğulayaraq son 4 ayda ölkəmizin qeyri-neft ixracının 22 faiz artdığını deyib.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!