“İnternetdə, kabel şəbəkəsində, efirdə, mobil versiyada yayımlanmasından asılı olmayaraq, televiziyaların hamısı eyni fəaliyyət sahəsidir. Bütün dünyada internet TV-lərin fəaliyyətinin tənzimlənməsi yolu axtarılır. Fikrimizcə, bu fəaliyyət sahəsi tənzimlənməlidir. Çünki bu adi yox, cəmiyyətin inkişafına təsir göstərə bilən və rolu olan fəaliyyət sahədir. Bu fəaliyyət növü ya ictimai qaydada, ya da dövlət tərəfindən tənzimlənməlidir”.
ASAN Radio xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, internet televiziyaları internet üzərindən yayımlandığı üçün də onların fəaliyyətinin tənzimlənməsi lazımdır. “Ən azından bu tənzimlənmə ölkə daxilində qeydiyyatdan keçən kanallara şamil edilməlidir. Söhbət youtube və ya digər ölkələrdən yayımlanan kanalların tənzimlənməsindən getmir. Azərbaycanda qeydiyyatdan keçən internet televiziyalarınım fəaliyyəti tənzimlənməlidir”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!