USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəxalq Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq

Beynəxalq Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq. Konsertdə Əliağa Quliyevin həyatı və yaradıcılığından söhbət açılacaq. Tarzənin tələbələri, onunla birgə çalışan ifaçılar və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səslənəcək.

ASAN Radio xəbər verir ki, gecə 26 may saat 19:00-da baş tutacaq. Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə etmək olar.

ASAN Radio gecənin media tərəfdaşıdır.

Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il may ayının 9-da Bakı şəhərində anadan olub.

1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başlayıb.

1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tarda ifa edib.

1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunub. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır.

Əliağa Quliyevin cəbhə həyatı Böyük Vətən Müharibəsinin əvvəlindən - 1941-ci ildən başlamışdı. 1944-cü il sentyabrın 2-də Varşava uğrunda gedən ağır döyüşlərin birində Əliağa Quliyev ağır qəlpə yarası alıb. 

Əliağa Quliyev müharibədə göstərdiyi hünərə görə iki dəfə "İgidliyə görə" medalla təltif olunub. "Qırmızı Ulduz" ordeninə, "Böyük Vətən müharibəsi" ordeninin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülüb.

1946-cı ildə Əliağa Quliyevin həyat və sənət yolları böyük sənətkar Əhməd Bakıxanovla kəsişir. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. 

1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır. 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərir. Onun "Rast", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımızın ifasına çoxları məftun olur. 

1960-cı ildən 1966-cı ilədək isə Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansamblının rəhbəri işləyir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi "Mahnı teatrı"nda solist-tarzən kimi fəaliyyət göstərir. 1969-cu ildə yenidən Filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışır. 1978-ci ilədək bu vəzifədə işləyir. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı – rejissoru vəzifəsində fəaliyyət göstərir. 

1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak edir. İki il sonra - 1973-cü ildə Almatıda, Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!