USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İslamiada: Azərbaycan medal sayını 99-a çatdırıb - CƏDVƏL

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının altıncı gününə yekun vurulub. ASAN Radio xəbər verir ki, Azərbaycan millisi günü 18 medalla başa vurub.

İdmançılarımız 9 qızıl medala sevinib. 10 metrdən pnevmatik tapançadan atəş açmaqda qarışıq komanda (Ruslan Lunyov, Nigar Nəsirova), həmçinin Samir Nəbiyev (paraatletika, diskatma), Elmir Cəbrayilov (paraatletika, 100 m), Patimat Abakarova (taekvondo, 49 kq), Ayxan Tağızadə (taekvondo, 68 kq), Orxan Nuriyev (yunan-Roma güləşi, 98 kq), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) və Radik İsayev (taekvondo, +87 kq) hamıdan güclü olub.

Yığmamız günü 5 gümüş medalla tamamlayıb. Dairəvi stenddəki qarışıq komanda (Emin Cəfərov, Nurlana Cəfərova), həmçinin Rahib Məmmədov (atletika, sədləri dəf etməklə 110 m ), Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq), Aleksis Kapello (atletika, üçtəkanla tullanma) və Fəridə Əzizova (taekvondo, 67 kq) İslamiadanı ikinci pillədə başa vurub.

Yarışların 6-cı günü millimizə 4 bürünc gətirib. Üzgüçülük yığması (kompleks üsulla 4x100 m; Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rciyeva və Alsu Bayramova), Murad Məmmədov (yunan-Roma güləşi, 59 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) və Oloxan Musayev (paraatletika, diskatma) üçüncülüklə kifayətlənib.

Bununla, Azərbaycan yığmasının aktivindəki medal sayı 99-a çatıb. Sabah qazanılacaq ilk mükafat sayca 100-cü olacaq.

Radik İsayevin qazandığı qızıl medal ölkəmizin aktivinə 50-ci çempionluq qazandırıb. Millimiz İslamiadada 29 gümüş və 20 bürünc də qazanıb. Ümumi komanda hesabında yalnız Türkiyədən geri qalan ölkəmiz 2-ci pillədə qərarlaşıb. 3-cü sırada isə İran qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə 166 dəst medal sahibini tapıb. İştirakçı ölkələrdən 20-si çempionluq, 33-ü mükafat sevinci yaşayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!