USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİN-nin yetirmələri İslamiadada uğur qazanıblar

Polisin yetirmələri yenə uğur qazanıblar. DİN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının hər ötən günü idmançılarımız yüksək ustalıq nümayiş etdirir, həmvətənlərimizə qələbə sevinci bəxş edirlər. Polis idmançılarının və məşqçilərinin yetirmələrinin hər yeni uğuru İslamiadanın təhlükəsizliyinə cəlb olunmuş asayiş keşikçiləri üçün ikiqat bayrama çevrilir. Bu sırada bizlərə bu sevinci yaşatmış güllə atıcısı Ruslan Lunyovun, karateçi Ayxan Mamayevin, cüdoçu Kənan Abdullaxanlının ardınca polisin digər təmsilçiləri də qələbə əzmini göstərir. Ötən gün DİN İdman Cəmiyyətinin yetirməsi, taekvandoçu Fəridə Əzizova inamla çıxış edib, mükafatları sırasına daha bir gümüş medal əlavə edib.

Yunan-Roma üsulu ilə güləşən pəhləvanların sırasında mübarizəyə qatılan Avropa çempionu Rafiq Hüseynov növbəti uğurunu əldə edib. Keçirdiyi görüşləri inamlı qələbələrlə başa vurub, finala qədər irəliləyən pəhləvanımız gümüş medala sahib olub. DİN İdman Cəmiyyətinin yetirməsi Kamran Məmmədov keçirdiyi bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb, bu gün axşam baş tutacaq həlledici görüşə böyük ümidlər bəslənir.

Hər iki idmançımızın hələ yeniyetməlik çağından əldə etdiyi qələbələri daxili işlər orqanlarının əməkdaşları böyük maraqla izləyiblər. Böyük idmana DİN İdman Cəmiyyətinin güləş bölməsindən başlayan təmsilçilərimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb. Ümid edirik ki, onlar, bundan sonra da ölkəmizin idman şərəfini layiqincə qoruyacaq, vətənimizə yeni qələbələr qazandıracaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!