USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti: “Heydər Əliyev adına qazma qurğusunun yaradılması tarixi hadisədir”

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bununla bağlı bütün Azərbaycan xalqını təbrik edirəm”.

ASAN Radio xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir: “Çünki bu günə qədər Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib. Bu qazma qurğusunun inşasında iştirak etmiş bütün işçiləri təbrik edir, onlara minnətdarlığımı bildirirəm. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır. Xarici tərəfdaşlarla növbəti uğurlu layihənin uğurla icra edilməsini görürük. Bu da reallıqdır. Çünki Azərbaycan uzun illərdir ki, xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm ARDNŞ-dən qoyulan vəsait 1 milyard dollara yaxındır. Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, bu sərmayələr eyni zamanda Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, işçilər yaxşı maaş alsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin. Bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər, həm özləri, həm də ölkə üçün böyük fayda qazanırlar.  Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycan neft sənayesinin banisidir, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!