19/10/2017 15:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Gündəm

İranda prezident seçkiləri üzrə səsverməyə start verilib


19.05.2017   08:08


İranda Bakı vaxtı ilə 07:30-da ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb.

TASS-ın verdiyi xəbərə görə, bülletenlərdə 4 namizədin adı qeyd olunub.

Bu, ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. İlk iki nəfər aşkar favorit hesab olunur. Sosial sorğuların nəticələrinə əsasən, onların qələbə qazanmaq şansları bərabərdir. Keçmiş hökumət üzvləri isə aşkar autsayder kimi görünürlər və özləri də bunu etiraf edirlər.

Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.




Xəbər lenti

18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook