USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
28 may Respublika günü münasibətilə Misirdə silsilə tədbirlər keçirilib

28 may Respublika günü münasibətilə Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

ASAN Radioya Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındaki səfirliyindən verilən məlumata görə, mayın 17-ı Qahirədə “28 may Respublika günü” münasibətilə səfirlik tərəfindən rəsmi qəbul təşkil edilib. Səfirliyin keçirdiyi ziyafətdə Misirin Gənclər və İdman naziri Xalid Əbdüləziz, MƏR XİN-nin əməkdaşları, Misir parlamentinin deputatları, Misirin Qəlyubiyyə və Cənubi Sinay yarımadası qubernatorlarının nümayəndələri, Ərəb Dövlətləri Liqasının nümayəndələri, xarici ölkələrin səfirləri, Misirin tanınmış ictimai-siyasi xadimləri, elm və incəsənət nümayəndələri, jurnalistlər, iş adamları və həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə Misir və Azərbayan himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan səfir Tural Rzayev Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu, Azərbaycan xalqının hər il bu milli bayramı təntənəli şəkildə qeyd etdiyini bildirərək, bu il Misir-Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25-ci il dönümünə toxunmuş və ötən illər ərzində iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etdiyini vurğulayan səfir ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçdiyini qeyd edib.

Misirin Gənclər və İdman naziri səfirlə söhbəti zamanı Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, misirli idmançıların bu oyunlarda 10-dan çox medal qazandığını vurğulayıb, yüksək təşkilatçılığa və diqqətə görə ölkə başçısına dərin təşəkkürünü çatdırmasını xahiş edib. Nazir Misirin KİV-nə müsahibə verərək, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini etməsi barədə məlumat verərək, sözügedən oyunların İslam ölkələri arasında həmrəyliyi gücləndəricəyini bildiribr.

28 may Respublika günü münasibətilə keçirilən qəbul zamanı Azərbaycanın tarixi, mədəniyyəti, turizmi və son illə ərzində ölkəmizdə əldə olunmuş nailiyyətləri, həmçinin Azərbaycan-Misir əlaqələrini əks etdirən video çərxlər nümayiş etdirilmiş və kitab sərgisi təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!