Daha iki Azərbaycan təmsilçisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında final mərhələsində çıxış edəcək.
ASAN Radio xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahir Əmiraslanov türkiyəli Nəbi Uzun üzərində 13:2 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Digər təmsilçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə tam üstünlüklə suriyalı Karem Abdullanı məğlub edərək İslamiadada qızıl mükafat uğrunda yarışacaq.
Cəbrayıl Həsənov (74 kq) səkkizdəbir final mərhələsində İran pəhləvanı Peyman Yarahmadiyə uduzaraq mübarizəni dayandırıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!