USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Turizm agentlərinə “ASAN Viza” sisteminin tətbiqi, ölkədə qaldıqları müddətdə qeydiyyat qaydaları barədə seminar keçirilib

Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Xaçmaz, Quba və Qusar rayon Turizm informasiya mərkəzlərinin və regional ərazi üzrə turizm agentlikləri əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə ilə bağlı Xaçmaz şəhərində yerləşən Turizm informasiya mərkəzinin akt zalında Xaçmaz regional miqrasiya idarəsi tərəfindən seminar təşkil olunub.

DMX-nin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, seminarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqətin nəticəsidir ki, müasir dövrümüzdə təkcə paytaxtda yox, həmçinin regionlarda da beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, yeni turizm zonaları yaradılıb. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub və bu gün respublikamız perspektivli turizm ölkəsinə çevrilib.

Seminarda turistlərin Azərbaycan Respublikasına səfərlərini asanlaşdırmaq məqsədilə “ASAN Viza” sisteminin tətbiqi, onların ölkədə qaldıqları müddətdə qeydiyyat qaydalarının sadələşdirildiyi barədə məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Tədbirdə hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Xidmətin rəsmi saytının (www.migration.gov.az) elektron xidmətlər bölməsi vasitəsilə onlayn qaydada və ya regional miqrasiya idarələrinə birbaşa təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyat ünvanlarını dəyişərlərsə bu barədə mütləq DMX-nə məlumat verməlidirlər.

Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti, yaşayış yerlərinin sahibi qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!