ASAN Radio xəbər verir ki, Azərbaycanın ən dilbər guşələrindən sayılan Qəbələ rayonunda yerləşən “Qəbələnd” Əyləncə Mərkəzi qapılarını bütün uşaqların üzünə açır.
Uşaqlıq xatirələri heç zaman yaddaşlardan silinmədiyini rəhbər tutan “Qəbələnd” Əyləncə Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqları öz valideynləri ilə birlikdə “Qəbələnd” Əyləncə Mərkəzinə qonaq dəvət edir.
“Qəbələnd” Əyləncə Mərkəzinin biri birindən maraqlı attraksionları uşaqlarınızın ixtiyarına verilir!
“Qəbələnd” Əyləncə Mərkəzində zövqlə təşkil olunmuş konsert proqramı balacaları sevindirəcək, Vətənimizin gözəlliyi balalarımızın yaddaşına indidən həkk ediləcək!
“Qəbələnd” Əyləncə Mərkəzi xüsusi vurğulayır ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzinə giriş, həmçinin attraksionlardan istifadə pulsuzdur!
Bütün bunlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzində səhərdən axşama qədər Sizi gözləyir!
Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!