USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti Abu Dabinin vəliəhdi ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

ASAN Radionun xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edildi, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!