USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV İslam Həmrəyliyi Oyunları başa çatıb, Azərbaycan birinci olub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. ASAN Radio xəbər verir ki, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.

Bununla, İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.

Azərbaycan millisi həm də İslamiadaların ənənəsini davam etdirib. Belə ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirib. 75 çempionluq yaşayan millimiz İslamiadalar tarixinin görünməmiş nəticəsinə imza atıb. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşüb.

Ümumilikdə isə yığmamız 75 qızılla yanaşı, 50 gümüş və 37 bürünc medal sevinci də yaşayıb. İkinci olan Türkiyə bizdən 4 qızıl az alıb. İlk “üçlüyü” 98 mükafatla İran qapayıb.

Yığmamızın birinci olmasında döyüş növlərinin rolu böyükdü. Komandamızın hesabına ən çox medalı cüdoçular (paracüdo) yazdırıb. Bu siyahıda güləş ikincidi. Həmçinin taekvonda, boks, karate növləri də birinci olmağımıza töhfəsini verib. Medal sayında üçüncü olan növümü atletikadı (paraatletika).

İslamiadada komanda idman növlərində də yetərində medal qazanıdıq. Basketbolçular, voleybolçular və futbolçular mübarizələrini mükafatla başa vurublar. Həndbol yığmamız isə 2 medaldan birinə sevinə bilib.

İdmançılarımız yalnız su polosu və tennisdə medal qazana bilməyiblər.

Qeyd edək ki, İslamiadanın  Bakı Olimpiya Stadionunda keçiriləcək bağlanış mərasimi saat 21:00-da başlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!