USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İslamiadanın sonuncu günündə medal qazanan idmançılarımızın şərəfinə “Zəfər günləri” təşkil edilib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə medal qazanan idmançılarımızla mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə MOK-un, Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan idmançılarının İslamiadada əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Bildirilib ki, İslamiadanın hər günü idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. “Bakı-2017”də ümumi komanda hesabında birinci yeri tutan Azərbaycanın qüdrəti bütün dünyaya nümayiş etdirildi, ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına böyük töhfələr verdi.

Çıxışlarda belə bir möhtəşəm idman bayramının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Sonra “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimini əks etdirən videoçarx göstərilib.

Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Bu gün biz sonuncu “Zəfər günləri”ndə iştirak edirik. Bu, bizim İslamiadada sonuncu zəfər günümüzdür. Ancaq bizim zəfərlərimiz irəlidədir və hələ çox qələbələr qazanacağıq”.

Oyunlara möhtəşəm bağlanış mərasimi ilə yekun vurulduğunu qeyd edən Ç.Hüseynzadə vurğulayıb ki, həm açılış, həm də bağlanış tədbirlərini bütün dünya heyranlıqla izlədi. Azərbaycan idmançılarının medalların əyarına görə möhtəşəm uğur qazandıqlarını söyləyən MOK-un vitse-prezidenti bu böyük qələbə münasibətilə xalqımızı, idmançıları, onların məşqçilərini, bütün idmansevərləri təbrik edərək deyib: “Mən bu gün sevinc və qürur hissi keçirirəm. Ona görə ki, idmançılarımız “Bakı-2017”də komanda yarışlarında da medallar qaza bildilər”.

Daha sonra medal qazanan idmançılarımıza MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış rəmzi lövhəni imzalayıblar.

Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!