USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hikmət Hacıyev: “Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur”

“Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur”.

ASAN Radio xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevork Mirzəyan adlı müəllifin Rusiyanın “RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş “Кавказский псевдотриумвират: почему не будет оси Баку — Тбилиси — Анкара” adlı məqaləsi ilə bağlı deyib.

O bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var. “Soyuq müharibə” əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Qevorq Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib. Ermənistanın destruktiv siyasəti Cənubi Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən bu məqsədyönlü xarakter daşımır ki?”, - deyə H. Hacıyev bildirib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!