“Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”.
ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: “Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır”.
Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: “Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa demək, o, dindar deyil”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!