USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Londonda Ermənistan əleyhinə etiraz aksiyası keçirilib

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Böyük Britaniyada yaşayan Azərbaycan diasporunun diqqət mərkəzindədir.

Azərbaycanın haqq işinə dəstək məqsədilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniyada yaşayan diaporumuzun fəalları və burada təhsil alan tələbələrimiz, beynəlxalq hüquq müdafiəçiləri aprelin 10-da paytaxt Londonun mərkəzində etiraz aksiyası keçiriblər.

TEAS-dan Trend-ə verilən məlumata görə, sanksiyalaşdırılmış etiraz aksiyası London sakinlərinin və turistlərin əsas gəzinti yeri olan Trafalqar Meydanından başlayıb. Tədbir iştirakçıları Vaythol küçəsindən, 10-cu Dauninq küçəsində yerləşən Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahına doğru yürüş ediblər. Aksiya iştirakçıları Böyük Britaniyanın baş naziri Devid Kamerona müraciət edərək Ermənistana 20 ildən artıq işğal etdiyi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan hərbi qüvvələrini çıxarmayana qədər, ona qarşı iqtisadi sanksiyalar tədbiq etməyə çağırış ediblər. Yürüş iştirakçıları tərəfindən qəbul olunmuş rəsmi müraciət baş nazir Devid Kameronun poçtuna atılıb. 400-dən artıq etirazçının iştirak etdiyi tədbir beynəlxalq media tərəfindən işıqlandırılb. Aksiyada Londondakı türk, qazax, özbək və qırğız diasporasının nümayəndələri də iştirak edib.

Aksiyada "Ermənistanın ASALA terroristləri və əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər", "Biz ədalət tələb edirik!", Qarabağ Azərbaycandır!, Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistan Azərbaycandan rədd olsun!" "Ermənistan etnik təmizləmədə günahkardır", "Ermənistan prezidenti - MÜHARİBƏ CİNAYƏTKARIDIR", "SARQSYAN - Əllərin qan içindədir!" şüarları səslənib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!