USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İran səfirliyi: Bakıdan bütün dünyaya birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürüldü

Bakıdan bütün dünyaya müsəlman ölkələri arasında birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürüldü.

ASAN Radio xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bildirib.

M.Nəcəfi qeyd edib: "Azərbaycan dövləti və millətinə, xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, belə böyük və əhəmiyyətli yarışların təşkilində rolu olmuş hər kəsə təşəkkürümü biidirirəm. 54 müsəlman ölkəsinin iştirakı ilə 12 gün ərzində Bakı şəhərində keçirilmiş bu Oyunlarda müsəlman ölkələri arasında İslam birliyi, eyni zamanda gənclərimizin idman bacarıqları çox gözəl səviyyədə nümayiş etdirildi, Bakıdan bütün dünyaya müsəlman ölkələri arasında birlik, qardaşlıq, sülh və dostluq mesajı ötürüldü".

O bildirib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, idman və idman diplomatiyası sahəsində də inkişaf və tərəqqiyə doğru hərəkət etdiyini nümayiş etdirdi:

"Bakı-2017 IV islam Həmrəyliyi Oyunlarının keçirildiyi müddət ərzində bu mühüm hadisəni işıqlandırmaq üçün İran milli televiziyasından 21 müxbir, müxtəlif xəbər agentlikləri və xəbər portallarının 30 nümayəndəsi Bakıya gəlib. Ümumilikdə, 45 nəfər 24 saatlıq fəaliyyətlə Bakı şəhərində keçirilən belə bir mühüm islam və idman tədbirini dost, qardaş və qonşu Azərbaycanın paytaxtından İranın 67 televiziya və 85 radio kanalı vasitəsilə ölkə daxili və xaricində işıqlandırmağa çalışıb".

Səfirlik rəsmisi bildirib ki, İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddət ərzində Аzərbaycan dünyanın və müsəlman ölkələrinin diqqət mərkəzində idi:

"Bu Oyunlar həm İslam Oyunları, həm də idman adını özündə ehtiva etdiyi üçün müsəlman ölkələrində, о cümlədən İranda ölkə rəsmiləri tərəfindən xüsusi diqqət və maraqla izlənildi. Şəxsən mən regional və dünya səviyyəsində keçirilmiş çox azsaylı idman tədbirlərində İran yığmasının 161 peşəkar idmançı ilə iştirakının şahidi olmuşam. İran yığmasının Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında üçüncü pillədə yer alması bunun əyani sübutudur".

Onun sözlərinə görə, İran İslam Respublikasının idmançıları və media nümayəndələri Azərbaycanın bu idman tədbirini çox gözəl və peşəkar səviyyədə keçirməsindən, gözəl şəraitin yaradılmasından, həmçinin bu Oyunlara çox yüksək səviyyədə ev sahibliyi etməsindən danışır və bunu dəyərləndirirlər:

"Bütün bunlar Azərbaycanın belə mühüm tədbirlərin yüksək və beynəlxalq səviyyədə keçirilməsi sahəsində malik olduğu dəyərli və böyük təcrübəsindən xəbər verir. İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə, həmçinin İranın idman yığması və media nümayəndələri adından Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında birinci yer qazanması münasibətilə təbrik edir, Azərbaycan dövləti və xalqına Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarına gözəl ev sahibliyi etdiklərinə görə təşəkkürümü bildirirəm".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!