USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dəmir yolunun işarəvermə və rabitə sistemi modernləşdirilir

Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri sürətlə davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Belə ki, "Bombardier Transportation (Signal)" MMC Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizinin bir hissəsi olan Bakı-Böyük-Kəsik istiqamətində qatarların idarəetmə sisteminin modernləşdirilməsi layihəsi üzrə ilk addımlarını atıb.

ASAN Radio xəbər verir ki, dəmir yolunun Soyuq Bulaq və Salahlı stansiyaları arasında sabit cərəyanlı dartı sistemi ilə işləyən ilk pilot sahəsi istismara verilib. Soyuq Bulaq-Salahlı mənzilində hər iki stansiya daxil olmaqla, yoldəyişənlər və işarəvermə qurğuları EBILock 950 markalı Mikroprossesor Mərkəzləşdirməsi ilə təchiz olunub.

Sistem qatarların təhlükəsiz hərəkətini və yüksək ötürmə qabiliyyətini təmin edir. Aparat və proqram baxımından MDB və Baltikyanı ölkələrin dəmir yollarında geniş yayılmış 1520 mm-lik standartlı iz üzrə istismara tam uyğunlaşdırılmış sistem həm sabit, həm dəyişən cərəyan dartı sistemində istifadə oluna bilər.

Qeyd edək ki, “Bombardier Transportation” rels nəqliyyatı texnologiyaları üzrə dünya liderlərindən biridir. O, daşımalarda yeni standartlar yaradan innovativ məhsul və xidmətləri təmin edir. 60-dan çox ölkədə fəaliyyət göstərən “Bombardier Transportation” şirkətinin mənzil-qərargahı Berlində yerləşir.

100 000-dən çox “Bombardier Transportation” istehsalı olan hərəkət heyəti vahidi bütün dünyada istismar edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!