USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

ASAN Radio Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb.

Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu Azərbaycanda keçirilən Bakı-2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Demorkratik Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş sərəncam barədə Ö.Berova ətraflı məlumat verib. Daha sonra rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə danışan O.Həsənoğlu bildirib ki, AKDC-nin Azərbaycanın təbliği ilə bağlı planlarını reallaşdırmaq üçün Şimali Kiprin dəstəyinə ehtiyac var. AKDC sədri Şimali Kipr xalqı ilə Azərbaycan xalqının eyni milli-mənəvi və ortaq dəyərləri bölüşdüyünü vurğulayaraq bu iki xalqın bir-birinin tarixini yaxşı bilməli olduğunu dilə gətirib. Qeyd edib ki, xüsusilə gənc nəsilə təhsil vasitəsilə ortaq dəyərlərimiz və bizi birləşdirən mənəvi bağları anlatmaq imkanlarımız var. Diaspor rəhbəri Ö.Berovadan Şimali Kipr məktəblərində bir günlük Azərbaycan tarixi dərsi keçilməsi üçün şərait yaradılmasını xahiş edib.

Ö.Berova isə öz növbəsində AKDC-nin fəaliyyətindən məmnunluğunu ifadə edib. O bildirib ki, Şımalı Kiprdə çox sayda azərbaycanlının təhsil alması və yaşaması sevindiricidir: “Biz iki qardaş xalqıq, ortaq milli dəyərlərimiz və ortaq tariximizin olması reallıqdır. Biz də sizin bu məqsədyönlü təklifinizi müsbət qarşılayırıq. AKDC yeni ideyalarla və öz işi ilə daim Şimali Kiprdə seçilib. Biz də Şimali Kipr olaraq sizin bu addımlarınızı daim dəstəkləmişik. Bu ideyanızı da dəstəkləyir və uğurlar arzulayırıq”.

Görüşdə ölkə məktəblərində Azərbaycan tarixi dərsinin keçilməsi və dərsliklərə Azərbaycanla bağlı mövzunun daxil edilməsi məsələsinin yaxın vaxtlarda həllini tapacağı bildirilib. Sonda Özdəmir Berova Şimali Kiprdəki Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!