USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.  Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Az.TV-də yayımlanan “Günün nəbzi” proqramında deyib. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyini aşkarlanıb.

 M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib: “Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun  kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.

 Direktorlar Şurasının sədri əlavə edib ki, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlər məsuliyyətli yanaşmalıdırlar: “İmtahana gedən abituriyentə ailə üzvləri yalnız bir sual verməlidirlər – “Lazım olan sənədləri götürmüsənmi?”.

M.Abbaszadə qeyd edib ki, bəzən abituriyentlər lazımi sənədləri evdə qoyur, telefonu isə imtahana keçirməyə çalışırlar: “Belə hallarda onların imtahan nəticələri pis olacaq. Bizə müəyyən iradlar tuturlar ki, buraxılış rejimi çətin keçir, imtahandan 2 saat öncə binalara çağırırsınız. İmtahana gələnlər bədənlərində nəsə gizlətməyə, imtahana keçirməyə cəhd etməsə, hamı qanun-qaydaya riayət etsə, buraxılış rejimini çox sakit və qısa müddətdə keçirmək mümkün olar. Amma araşdırmalar hamıya təsir edir və buraxılış rejimində müəyyən çətinliklər yaradır. Bir daha hamıdan xahiş edirəm ki, imtahan gələndə yalnız öz biliklərinə güvənsinlər. Onları əmin edirəm ki, belə olduğu halda bilik səviyyələri düzgün qiymətləndiriləcək və layiq olduqları nəticə elan olunacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!