USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Qalxanabənzər Vəzi Gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu Tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov: “Bu, bütün xərçəng xəstəliklərinin 1 %-ni təşkil edir”

Gənclər arasında qalxanabənzər vəzi xəstəlikləri niyə artır?

Bütün dünyada mayın 25-i Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən etibarən qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin və eyni zamanda ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Qalxanabənzər vəzi embrional dövrdən başlayaraq insanın həyatı boyu orqanizmin normal həyat fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayır. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, Tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyir ki, qalxanabənzər vəzin patologiyaları ölkəmiz üçün çox aktual problemdir:

«Belə ki, bəzi dağ və dağətəyi regionlar (Naxçıvan MR, Şəki, Qax, Oğuz, Qəbələ,Zaqatala, Balakən və b.) endemik ur oçağı sayılır. Son zamanlar qalxanabənzər vəzin patologiyalarının rastgəlmə tezliyi artmaqdadır. Yod çatışmazlığı insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur: endemik ur, hipotireoz, cinsi yetişkənliyin ləngiməsi və aybaşı funksiyasının pozğunluqları, fertilliyin azalması, sonsuzluq, ginekoloji patologiyaların rastgəlmə tezliyinin yüksəlməsi, hamiləliyin və doğuşun gedişində ağırlaşmalar, tez-tez düşüklər və ölü doğuşlar, anadangəlmə anomaliyalar, fiziki və əqli inkişaf geriliyi baş verir”.

Endokrinoloq Azər Hümmətovun sözlərinə görə, əhali arasında qalxanabənzər vəzin düyünlərinin rastgəlmə tezliyi xeyli artıb. Belə ki, ultrasəs müainəsi zamanı yetkin əhali arasında 13-67% təşkil edib.

“Qalxanabənzər vəzin xərçəngi (bədxassəli şişi) nadir rast gəlsə də bütün xərçəng xəstəliklərinin 1%-ni təşkil edir. Tiroid düyünlərinin 5%-nin bədxassəli olduğu bilinməkdədir”.

Onu da qeyd edək ki, ölkəmizdə tiroid xəstəliklərinin vaxtında aşkarlanması məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “ Dünya Qalxanabənzər vəzi günü” ilə əlaqədar ödənişsiz həkim konsultasiyası və qalxanabənzər vəzin ultrasəs müayinəsi aparılıb. Ultrasəs müayinəsi radioloqlar və həkim konsultasiyası isə I cərrahi xəstəliklər kafedrasının əməkdaşları tərəfindən icra edilib. A.Hümmətov bildirir ki, bir gün ərzində saat 09.00-dan 14.00-dək 32 xəstə müayinə olunub. Onlardan 2-sində “Təkrar-residiv düyünlü ur”, 15 nəfərdə “Autoimmun tireoidit”, 12 nəfərdə “Düyünlü ur” aşkarlanıb. Üç nəfərin isə tam sağlam olduğu bəlli olub. Düyünlü ur aşkarlanan 2 xəstədə isə ultrasəs müayinəsi zamanı düyündə“şübhəli” görüntü olduğundan, İncə İynə aspirasion biopsiyası aparılıb və götürülmüş material sitoloji müayinəyə göndərilib. USM-lə Autoimmun tireoiditə uygün görüntüsü olan xəstələrdən TSH və anti-TPO analizi yoxlanılıb. Diaqnozu təsdiq olunmuş 10 hipotireozlu xəstəyə müvafiq müalicə təyin edilib və həmin xəstələr polinklinik tərəfindən nəzarətə alınıb. Endokrinoloq bildirir ki, bu kampaniyadan yaralanan vətəndaşlar Klinikanın rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!