USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“APA Holding” və “ASAN Radio” arasında anlaşma Memorandumu imzalanıb - AUDİO/FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN Radio” Departamenti və “APA Holding” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

Memorandumu “ASAN Radio” Departamentinin müdiri Emin Musavi və “APA Holding”in Direktorlar Şurasının sədri, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev imzalayıblar.

Memorandum “ASAN Radio” və “APA Holding” arasında informasiya dəstəyi, eyni zamanda digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

İmzalanma mərasimində sonra Nurşən Quliyev bildirib ki, media orqanları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi mühüm məsələdir: “Fəaliyyətə başladığı qısa müddət ərzində uğur və populyarlıq qazanmış “ASAN Radio” ilə memorandum imzalamaq bizim üçün sevindirici haldır. Hesab edirəm ki, bu əməkdaşlıq təkcə iki tərəfə yox, eyni zamanda bütün Azərbaycan mediasına öz töhfəsini verəcək. Biz başqa media qurumları ilə də əməkdaşlığın qurulması və inkişaf etdirilməsi barədə düşünəcəyik. Fikrimcə, “ASAN Radio” ilə “APA Holding” arasında əməkdaşlığa dair Memorandumun imzalanması digər media qurumları arasında da əməkdaşlığın qurulması baxımından yaxşı bir nümunə olacaq". 

"ASAN Radio"nun direktoru Emin Musavi isə deyib ki, bu əməkdaşlıq çox faydalı olacaq: “ASAN Radio” nəinki ən gənc radio, həm də ən gənc media orqanlarından biridir. Biz qısa müddət ərzində çalışdıq ki, keyfiyyətli məhsulu dinləyicilərimizə təqdim edək. FM deyildikdə biz həm də F - faydalı, M - məlumatlandırma nəzərdə tuturuq. “APA Holding” kimi çox ciddi, peşəkar, operativ və tam dəqiq tərzdə fəaliyyət göstərən bir qurumla əməkdaşlığa başlamaq bizim işimizi daha faydalı və daha maraqlı edəcək. Düşünürəm ki, bundan sonra işimiz bir qədər də asan olacaq, baxmayaraq ki, çox məsuliyyətlidir. Əsas odur ki, dinləyicilər, oxucular və tamaşaçılarımız APA-dan da, “ASAN radio”dan da razı qalsınlar”.

Daha sonra Emin Musavi “ASAN radio”nun fəaliyyəti barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlayıb. Məqsəd və hədəflərə söykənərək, obyektiv media təşkilatı formalaşdırmaq, xəbəri birinci mənbədən çatdırmaq və cəmiyyətin maariflənməsində aktiv iştirak etmək radionun missiyasıdır.

Cəmiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlər və yeniliklər, həyata keçirilən layihələr haqqında məlumatlandırmaq radionun fəaliyyət istiqamətlərindən biridir.

Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.

www.asanradio.az “ASAN Radio”nun rəsmi internet səhifəsidir.

“APA Holding” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. 3 oktyabr 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA SERVİS” MMC, "APAmark" MMC daxildir. “APA Servis” MMC-nin tərkibində APA TV internet televiziyası, “Lent.az” İnformasiya Agentliyi MMC-nin tərkibində “Kulis.az” və “Ailəm.az” törəmə strukturları fəaliyyət göstərir.

Holdinqin əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir.

Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb, həmçinin “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!