Daşkənddə (Özbəkistan) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib.
“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya söyləyib ki, tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yollarının, aparıcı nəqliyyat-logistik şirkətlərinin, diplomatik missiyalarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq Assosiasiya nümayəndələri Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycanın dəniz limanları vasitəsilə Qara dəniz ölkələri, eləcə də Avropaya daşınmasının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcminin artırılmasına yol açacağını bildiriblər. Həmçinin bu marşrut üzrə yük axının artırılmasına dair təkliflər müzakirə olunub.
Tədbir iştirakçıları marşrut üzrə daşımaların inkişaf perpektivləri ilə tanış olub, onları yüksək qiymətləndiriblər. Bundan başqa, bu marşruta qoşulmaqla “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın təqdim etdiyi nəqliyyat-logistik xidmətlərinin bilavasitə istifadəçiləri olmağa hazır olduqlarını qeyd ediblər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!