USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
`ASAN xidmət` təcrübəsi Albaniyanın diqqətində

Albaniya Respublikasının Birgə Xidmətlərin Göstərilməsi Agentliyinin (ADİSA) İcraçı Direktoru cənab Albenk Koninin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizə səfər edib.

Səfər çərçivəsində "ASAN xidmət" və “ADİSA” ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ASAN təcrübəsinin öyrənilməsi istiqamətində görüşlər keçirilib. “ASAN xidmət”in təcrübəsinə dair müxtəlif təqdimatlar edilib, foto və video materiallar qonaqlara nümayiş etdirilib. 

Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda "ASAN xidmət"in xüsusi rolu, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in nailiyyətləri barədə ətraflı müzakirələr aparılıb. "ASAN xidmət" modeli qonaqların böyük marağına səbəb olub və “ASAN xidmət” barədə onların çoxsaylı sualları cavablandırılıb.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, ADİSA Albaniyanın İnnovasiyalar və Dövlət İdarəçiliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət orqanıdır. Sözügedən orqan vahid məkan prinsipinə əsaslanaraq Albaniyada dövlət xidmətlərinin göstərilməsi sahəsini innovativ yollarla daha da təkmilləşdirir və bu istiqamətdə göstərilən xidmətləri inkişaf etdirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!