USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
28 may - Respublika günü ilə bağlı ÇPA-da tədbir baş tutub

Dövlətçilik tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibətilə mayin 27-də DİN-in Əlahiddə Çevik Polis Alayında tədbir keçirilib.

DİN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, tədbirin əvvəlində çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsi olaraq itirilməkdə olan dövlətçilik ənənələrini bərpa etdiyini, müsəlman Şərqində ilk Cümhuriyyəti yaratdığını qeyd edib. Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxdığını deyən alay komandiri cümhuriyyətin yaranmasını xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyini, 70 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyini, bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldığını diqqətə çatdırıb. O, ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərində idarəçilikdə buraxılan kobud səhvlər nəticəsində dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşdiyini, bu fəlakətin 1993-cü ilin iyununda, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə aradan qaldırıldığını, ümummilli liderimizin xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdiyini, onun rəhbərliyi ilə qısa müddətdə müstəqilliyimizn təməl prinsiplərinin yaradılaraq möhkəmləndirildiyini bildirib.

Daha sonra çıxış edən Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli qabaqcıl ziyalılar təbəqəsinin yetişməsinin müstəqil dövlətimizin yaranmasında müstəsna rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında onların fəaliyyətindən danışıb. O, yeni dövlətçilik fəlsəfəsində müstəqil qərarların qəbul edilməsinin dayandığını qeyd edərək, ölkəmizin regionda müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb. D.Əzimli həmçinin enerji siyasəti, sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi ilə Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınmasının müstəqilliyimizin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!