USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DTX əməkdaşları və KİV nümayəndələrinin birgə idman yürüşü keçirilib

28 May - Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının və Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə birgə idman yürüşü keçirilib.

ASAN Radio xəbər verir ki, idman yürüşündə DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev də iştirak edib.

Yürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mədət Quliyev 28 May - Respublika Günü münasibəti ilə yürüş iştirakçılarını təbrik edib. O, yürüşün keçirilməsi üçün edilən təşəbbüsə dəstək verdiklərinə görə KİV nümayəndələrinə minnətdarlığını bildirib: "Bizim çağırışımıza hamı qoşuldu. Bu, bizim xalqımızın bir yerdə olduğunu göstərir".

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev deyib ki, müstəqilliyi qazanmaq asan, lakin onu qoruyub saxlamaq çox çətindir: "Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində iqtisadi böhranın ölkəmizə təsirləri minimuma endirilib".

A. Babayev əlavə edib ki, həm regionda, həm də dünyada Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan müəyyən qüvvələr var.

Daha sonra yürüş başlayıb. Dövlət Bayrağı Meydanından başlayan idman yürüşü Bakı saat qülləsində başa çatıb.

Sonda qaliblər və iştirakçılar təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!