USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şri-Lankada daşqınlar: 164 nəfər ölüb, 102 nəfər itkin düşüb

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət qurbanların sayının 164 nəfərə çatdığını bildiriblər.

ASAN Radio RİA Novosti agentliyinə xəbər verir ki, daha 102 nəfər itkin düşmüş sayılır.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, mayın 29-da və 30-da ölkənin mərkəzi və cənub hissələrində sürəti saatda 80 kilometrə çatan güclü külək əsəcəyi, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir.

Xatırladaq ki, Şri-Lankada dağıdıcı daşqınlar səbəbindən 500 min insan evini tərk etməyə məcbur olub. Təbii fəlakətlə mübarizə mərkəzi ümumilikdə 2 minə yaxın evin zərər çəkdiyini və ya tamamilə dağıldığını qeydə alıb.

Şri-Lanka hökuməti BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək istəyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!