USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Parisdə nümayiş olunub

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi bir çox ölkələrdə maraqla qarşılanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisinin və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-da Hərbi Muzeydə nümayiş etdirilib.

TEAS-ın Paris ofisinin direktoru Mari-Letisiya Qurden 10 ildir fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fondu haqqında məlumat verərək, Azərbaycanın yaxından tanınması və Avropa ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf etdirliməsi məqsədilə mədəniyyət, iqtisadiyyat və digər sahələrdə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının nümayəndələri böyük rəşadət göstəriblər. O, Fransa Müqavimət Hərəkatında azərbaycanlıların şücaətindən danışıb, faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu, Bakı neftinin strateji əhəmiyyəti haqqında bilməyin vacibliyini vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, məqsəd səfirliyin və Heydər Əliyev Fondunun birgə əməkdaşlığı sayəsində hazırlanmış film vasitəsilə İkinci Dünya müharibəsinin Qərbə, eləcə də Fransaya məlum olmayan bəzi aspektlərini işıqlandırmaqdır. Filmdə Bakının Hitlərin əsas hədəfi olması, bütün Azərbaycan xalqının müharibədə rəşadəti aydın göstərilir. Səfir xalqımızın İkinci Dünya müharibəsindəki şücaətindən, eləcə də azərbaycanlıların Fransa Müqavimət Hərəkatında iştirakından söz açıb. Sənədli filmin arxiv materialları əsasında hazırlandığını qeyd edib.

Filmin prodüseri Lui Vodvil şirkətlərinin (“Clarke Costelle&Co” (CC&C)) İkinci Dünya müharibəsindən bəhs edən və 171 ölkədə 1 milyarddan çox tamaşaçı tərəfindən izlənən – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərində Bakı haqqında danışıldığını və həmin hissənin daha da genişləndirilməsi ideyasından “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin ərsəyə gəldiyini vurğulayıb. Qeyd edib ki, filmin əsas məqsədi sovet ordusunun qələbəsində Azərbaycanın rolunu işıqlandırmaqdır. O qeyd edib ki, film Azərbaycan, Rusiya və Amerika Birləşmiş Ştatlarının arxiv materialları əsasında hazırlanıb.

Tarixçi Frederik Gölton filmi və onun afişasını şərh edib. Bildirib ki, filmdə, ilk növbədə, Bakı əhalisinin üzləri, onların müharibənin əzab-əziyyətini necə yaşadığı görünür.

Filmdə almanların yeganə məqsədinin ildırım sürəti ilə apardıqları müharibədə tezliklə qələbə çalmaq olduğu aydın sezilir. Almanların əsas istiqaməti Bakı olub. Onlar sovet ordusunu enerji ilə təmin edən Bakını ələ keçirməyi qarşılarına məqsəd qoyublar.

Sonra “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tamaşaçılar ekran əsərinin prodüseri Lui Vodvil və tarixçi Frederik Gölton ilə fikir mübadiləsi aparıblar.

Tarixçi Frederik Gölton AZƏRTAC-a filmlə bağlı təssüratlarını bölüşərək deyib:” “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi avropalıların, eləcə də fransızların İkinci Dünya müharibəsi ilə bağlı bilmədikləri məqamları onlara çatdırır. Eyni zamanda, İkinci Dünya müharibəsində Azərbaycanın rolu, Azərbaycan xalqının sovet ordusu tərkibində şücaəti və Fransa Müqavimət Hərəkatındakı qəhrəmanlıqları haqqında ətraflı məlumat verir. Filmdə Bakı sakinlərinin şəraitə necə uyğunlaşdıqlarının şahidi oluruq. Sənayə sahəsində, nəqliyyatda qadınların kişiləri əvəz etdiyini görürük. Filmdə Bakının 72 il ərzində inkişafını aydın görmək olur”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!