USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
YARAT "Qazaxıstan üzərində günəş və neonlar" sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı 5 gənc və perspektivli, ümumilikdə isə 16 Qazaxıstan rəssamının iştirak etdiyi “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisini təqdim edir.

YARAT-dan ASAN Radioya verilən məlumata görə, "Qazaxıstan üzərində günəş və neonlar" sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva və Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviskaya və Ruf Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə təzə fəaliyyətə başlayan rəssamlar – Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Ugay və Qayişa Madanovanın yeni yaradılmış əsərlərini bir araya gətirir.

Sərginin başlıca məqsədi, onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, əks və ya ifadə etməklə, milli tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Sərgi müstəqilliyinin qısa zaman kəsiyində Qazaxıstanın milli və mədəni identikliyinin qurulması çərçivəsində baş verən dəyişiklikləri və fasilələri araşdırır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.

1930-cu illərdə dövlət quruculuğunun bir hissəsi kimi yaradılmış sovet incəsənət məktəblərdən sonra Qazaxıstanda təsviri sənətə maraq oyanmağa başladı. 1940-cı illərdə avanqard üslubuna müraciət edən (daha sonra, bu üslubdan imtina edən) bir çox sənət adamları Qazaxıstana sürgün edildi. Nəticədə, son dərəcə gözlənilməz, əsas etibarilə rəsmi sənədlərdə əks olunmayan fərqli düşüncəyə malik nonkonformist bədii sənət meydanı yarandı. Moskva və Leninqradın nonkonformist və konseptualist dairələri ilə sıx əlaqələrin olmasına baxmayaraq, sözügedən cərəyan, Qazaxıstanda 1950-ci illərdən başlayaraq 1990-cı illərin əvvəllərinə qədər davam etdi.

Sovet İttifaqının süqutundan sonra, Qazaxıstanın sənət meydanında köklü dəyişikliklər yer almağa başladı. Bəzi rəssamlar öz mövqelərinə Mərkəzi Asiya diskursundan nəzər yetirməklə, konseptualist sənət cərəyanını davam etdirsələr də, nisbətən gənc nəslin nümayəndələri yeni özünüifadə dilinin axtarışında idilər. Həmin rəssamlar, milli və etnik bədii obrazın dirçəldilməsi, habelə milli identikliyinin (kimliyinin) qurulması kimi mütləq proseslər arasında təşəkkül tapmış postkolonial Mərkəzi Asiya ilə bağlı sualları qabardıblar. Rəssamlar provokasiya, yumor, istehza və romantizmdən istifadə etməklə, dövlət müstəqilliyi, yaxın keçmişin tarixi və sosial identikliyinə ünvanlanmaqla, autentiklik (əsillik) ritorikasında ziddiyyətli məqamları araşdırıblar.

1991-ci ildən etibarən, digər MDB ölkələri kimi Qazaxıstan da öz mədəni strukturunu köklü surətdə dəyişən müxtəlif sosial-iqtisadi dəyişikliklərə məruz qaldı. Sürətli inkişaf dövrü sayılan 2000-ci illərdə yetişən gənc rəssamlar nəsli, 1990-cı illərin “millətçi ruhunu” yaşamadıqlarına görə, öz ölkələrinin keçmişini və ya irsini “ideallaşdıra” bilmirlər. Bu, internet və sosial şəbəkələr haqqında hər şeyi bilən, onları əhatə edən məhdudiyyətlərə və ictimai quruluşlara qarşı çıxan yeni “şəhər uşaqları”dır. Onların qayğıları nisbətən fərdi xarakter daşıyır. Onların əsərləri, şəhər daxilində yaşanan qapalı həyatın illüziyaları və məyusluqları, ümidləri və ümidsizliklərindən qaynaqlanır..

Sərginin kuratoru: Björn Geldhof

Kurator köməkçisi: Anna Fex

Tədqiqatçılar: Anna Fex, Suad Qarayeva, Björn Geldhof

Avrasiya Mədəniyyət Alyansının dəstəyi ilə

Sərgi: Qazaxıstan üzərində günəş və neonlar

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003

Sərginin müddəti: 7 iyun – 29 oktyabr 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 11:00–20:00

Giriş sərbəstdir

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!