USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi”

“İnsanlarımızda 1988-1991-ci illərdə olan, sonra itən vətənpərvərlik ruhunu görürəm. Bu, Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsidir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə şeyxülislam Allahşükür Paşazadə deyib. 

QMİ sədri bildirib ki, 1988-ci ildən sonra o vaxtkı Azərbaycan rəhbərliyi insanlarımızı qurban verib: “Dövlət rəhbərliyinə aciz, asılı insanlar gəldi və insanların vətənpərvərlik ruhunu öldürdülər. 1990-cı il 20 Yanvarda 700-ə yaxın yaralı, 140-a yaxın şəhid vardı. O dövrdə bu insanlara şəhid deməyə qoymurdular. Yaralıları belə xəstəxanalara qəbul etmirdilər. Qafqaz Müsəlmanları İdarəsi o yaralıların bir hissəsini xaricə gönlərdi. Mən 20 Yanvarı ermənilərin işğal siyasətindən ayırmıram”.

A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət, ordu quruculuğu torpaqların işğaldan azad ediləcəyini göstərir: “Əlbəttə, din insanları sülhə çağırmalıdır. Biz məsələlərin sülh yolu həll olunmasının, ədalətli sülhün tərəfdarıyıq. Amma məni narahat edən odur ki, Qaregin dünya ermənilərinə müraciət edib ki, Azərbaycanı Qarabağa iddiasından əl çəkməyə məcbur etmək lazımdır. Son qarşıdurmada Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi. Mən srağagün Azərbaycan prezidenti ilə xeyli danışdım. Bu gün tədbirdə şəhid ailələri iştirak edir, dövlət başçısı şəhid ailələrinə dualarını çatdırmağı xahiş etdi. Şəhidlərimiz heç vaxt yaddan çıxmamalıdır”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!