USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək 

Türkiyənin məşhur caz qrupu - “Önder Focan ve Şalliel Bros” Bakıda konsert verəcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyindən ASAN Radioya verilən məlumata görə, iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində “Premier LTD”nin təşkilatçılığı ilə caz layihəsi təqdim olunacaq.

Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutur.

Müşavirlikdən verilən məlumata görə, bakılılara yay mövsümü ərəfəsində beynəlxalq caz layihəsi təqdim olunacaq. Bu layihədə Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edirlər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edir.

İlk olaraq, axşam saat 18.30-da “Önder Focan ve Şalliel Bros” qrupu konsert verəcək.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunacaq.

Daha sonra oruc tutanlara iftar vaxtı qəlyanaltı süfrəsi açılacaq.

Saat 20:30-da isə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosu – Elçin Şirinov, Linley Marthe və Stephane Gallandın konserti baş tutacaq. Dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən həzz ala biləcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!