Bu axşam UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində daha iki cavab qarşılaşması oynanılacaq.
Son yarımfinalçıların kimliyinə aydınlıq gələcək görüşlər İspaniya və Portuqaliyada keçiriləcək. Madridin “Atletiko” klubu “Visente Kalderon”da nüfuzlu turnirin son qalibi “Barselona” ilə qarşılaşacaq. Son vaxtlar forma yığan Fernando Torresin ilk matçda qırmızı vərəqə alması baş məşqçi Dieqo Simeonenin işini çətinləşdirib. Bu matçda yarımmüdafiəçi Tiaqo və Ximenes də madridlilərə kömək edə bilməyəcək. “Barselona”nın zədəliləri isə start heyətə təsir göstərməyəcək. Belə ki, Ceremi Matyu, Tomas Vermalen, Rafinya və Aleyş Vidal bu qarşılaşmada forma geyinə bilməyəcək.
Gecənin paralel oyununda Portuqaliyanın “Benfika” klubu “Bavariya”nı qəbul edəcək. Ev sahibi Jonas Qonçalves, Julio Sezar, Nuno Santos və Luizaonun xidmətindən məhrum olacaq. Pep Qvardiola zədə üzündən Jerom Boatenq və Holqer Badştuberdən yararlana bilməyəcək. Aryen Robbenlə Medhi Benatianın da heyətdə yer alması sual altındadır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!