USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Forbes” dünyanın ən bahalı 20 futbol klubunun adını açıqlayıb

Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalı ən bahalı 20 klubun siyahısını açıqlayıb.

ASAN Radio jurnalın saytına istinadla verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Klub 3 milyard 689 milyon dollar dəyərində qiymətləndirilir. 2015-2016-cı il mövsümündə klubun gəlirləri 765 milyon dollar təşkil edib.

İkinci yerdə “Barselona” (3,635 milyard dollar), üçüncü sırada isə “Real Madrid” (3,58 milyard dollar) klubları qərarlaşıblar. Hər iki klubun göstərilən dövrdə illik gəliri 688 milyon dollar olub.

“Bavariya” (2,713 milyard dollar) siyahıda dördüncü, “Mançester Siti” (2,083 milyard dollar) isə beşincidir. Almaniya təmsilçisi 2015-2016-cı il mövsümündə büdcəsinə 657 milyon, İngiltərə klubu isə 583 milyon dollar gəlir əlavə edib.

Ümumilikdə 20 klubun 8-i İngiltərəyə məxsusdur. Hesabat dövründə - 2015-2016-cı il mövsümündə çempion olan “Lester Siti” 19-cu sırada qərarlaşıb. Bu klubun ümumi dəyəri 413 milyon dollardır.

Klublardan üçü İspaniyanı, üçü Almaniyanı, beşi İtaliyanı, biri isə Fransanı təmsil edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!