"Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır". ASAN Radio "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: "Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır".
Bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu deyən Ş.Mustafayev əlavə edib ki, bu istiqamətdə ciddi addımlar atılır. "Biz bank sistemindən irəli addımlar gözləyirik. Biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılmasını mühüm vəzifə hesab edərək bu istiqamətdə bankların sağlamlaşdırılması ilə bağlı addımların sürətləndirilməsi əzmindəyik", - deyə nazir vurğulayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!