USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kikboksçularımız vətənə qələbə ilə qayıdıblar

Macarıstanda dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Ümumilikdə 56 komandanın təmsil olunduğu 2300 idmançının iştirak etdiyi yarışda ölkəmizin milli komandası növbəti uğur qazanıb.

DİN İdman Cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyevin hazırladığı milli komandamızın təmsilçilərindən Ruslan Musayev çəkisi 67 kiloqramadək olan idmançılar arasında keçirdiyi bütün qarşılaşmalarda rəqibləri üzərində inamlı qələbələr qazanaraq yarışın baş mükafatını qazanıb. Çəkisi 48 kiloqramadək olan idmançıların mübarizəsində Məhəmməd İmanov gümüş, 63,5 kiloqram çəkidə Zəkulla Teymurov, 67 kiloqram çəkidə Ağamahmud Siracov bürünc mükafata layiq görülüblər.

Veteranlar arasında mübarizəyə qatılan DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin kiçik inspektoru, polis baş serjantı Hikmət Hacıyev bürünc medal qazanıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!