USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Koller və BƏT-in Məşğulluq siyasəti şöbəsinin direktoru Azita Berar Avadla görüşlər görüşlər keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, S.Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin islahatlar kursunda əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının, işçilərin əmək və sosial müdafiə hüquqlarının təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Respublikada əmək, məşğulluq, sosial müdafiə sahəsində fəaliyyət mexanizmlərinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirildiyini diqqətə çatdıran nazir bu sahədə BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib: “BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş Konvensiyalarından irəli gələn məsələlərin həlli daim diqqətdə saxlanılır və BƏT prinsipləri milli qanunvericilikdə də öz əksini tapır. Bir çox sahələrdə Təşkilatla birgə layihələr icra olunub və müsbət nəticələrini verib. Ümumilikdə ötən dövrdə ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb və “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” bu təcrübə üzərində əlaqələrin daha da genişlənməsinə imkan yaradıb”. Ölkəmizdə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti barədə məlumat verən S.Müslümov əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində aparılan işləri də diqqətə çatdırıb.

Keçirilən görüşlərdə Azərbaycanda əhalinin məşğülluğunun təmin olunması sahəsində görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər, xüsusilə "İşsizlikdən sığorta haqqında” qanun layihəsi və Məşğulluq Strategiyası layihəsi barədə ətraflı məlumat verilib.

BƏT rəsmiləri Azərbaycanın bu təşkilatla çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyini yüksək dəyərləndiriblər. Onlar qarşıdakı dövrdə də birgə işlərin uğurla davam edəcəyinə əmin olduqlarını ifadə ediblər.

Görüşlər zamanı BƏT-lə gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!