"Akkreditasiya qurumu kimi belə baxanda heç kimin qarşısında çəpər qoya bilmərik. Bazar və istehlakçı özü tənzinləməlidir ki, hansı sertifikatlaşdırma qurumunun xidmətlərindən istifadə etsin. Bəli, bizə akkreditasiya üçün müraciət etsələr, biz rəhbər tutduğumuz standartlara uyğun olaraq, onları qiymətləndirəcəyik və müəyyən edəcəyik ki, bizim tələblərə uyğundur, ya yox." ASAN Radio xəbər verir ki, bunu Dövlət Akkreditasiya Xidmətinin rəisi Sabiq Abdullayev söyləyib.
9 iyun - Beynəlxalq Akkreditasiya günüdür. Bu ilin devizi: “Akkreditasiya: Tikinti sahəsində etimad mühitinin təmin olunması”dır.
Bu münasibətlə iyunun 9-da Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu mövzusunda dəyirmi masa” keçirilib.
Səs yazısını linkdən dinləyin:
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!